Açıq hava uşağınızın gözü üçün niyə faydalıdır? Ekspertlər səbəbi izah edir
18.12.2021 16:01
Müasir dövrün uşaqları kompüter, planşet və digər elektron cihazlara hədsiz vaxt ayırır.
 
Aztibb.az xəbər verir ki, elektron cihazlarla vaxt keçirməyin çəki artımına və görmə qabiliyyətinə mənfi təsirini ortaya çıxaran çoxsaylı araşdırmalar var.
 
Mütəxəssislər bildirir ki, uşaqlar arasında yaxından görmə, yəni miopiya halları daha çox yayılmaqdadır.
Ekspertlərdən valideynlərə məsləhət belədir. Görmə qabiliyyətinin zəifləməsinə qarşı ən yaxşı çarə uşaqların açıq havada daha çox vaxt keçirməsi ola bilər.
 
Statistika son onilliklər ərzində dünyada miopiya hallarının artmaqda olduğunu göstərir. Xüsusilə Şərqi Asiya, Sinqapur, Tayvan və Cənubi Koreyada bu hal epidemiya həddinə çatıb, orada 18 yaşınadək gənclərdə miopiya halları 90 faizə yaxınlaşır.
 
Əsas səbəb təbii işıqlandırmanın, yəni günəş işığının çatışmazlığıdır. Çünki çox oxuyaraq kompüter, planşet və smartfonlarından istifadə edən uşaqların bayıra çıxıb gəzişmək imkanları məhduddur və onlar günəş işığını daha az görür. Bu səbəbdən onlar yaxından görmənin əmələ gəlmə riskinə daha çox məruz qalır.
 
Miopiyaya qarşı mübarizədə düzgün qidalanmanın da rolu böyükdür.
 
Həkimlər həmişə valideynlərə omega-3-lə zəngin yağlı turşular, vitamin A, C və E, gözün arxa səthinə faydalı olan qidalar barədə danışırlar.
 
Bundan əlavə, ildə bir dəfə göz həkiminə baş çəkmək mütləqdir.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev