IV Beynəlxalq Uroonkologiya Simpoziumu öz işini davam etdirir
18.12.2021 17:09

Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi (MOM) və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə hibrid formatda keçirilən IV Beynəlxalq Uroonkologiya Simpoziumu öz işini davam etdirir.

 

Aztibb.az xəbər verir ki, simpoziumda Azərbaycanla yanaşı, Amerika Birləşmiş Ştatları, Türkiyə, Almaniya və Fransadan uroonkoloji xəstəliklər üzrə ixtisaslaşmış mütəxəssislər iştirak edir.

 

Tədbirin birinci bölməsində “MRT-nin prostat vəzi xərçənginin diaqnostikasında rolu”, “PSA və MRI-fusion biopsiyası”, “Yuxarı sidik yolları xərçənginin müalicəsinə müasir yanaşma”, “Yüksək risk qrup xəstələrdə radikal prostatektomiya”, “Oliqometastatik prostat vəzi xərçəngi” və “Metastatik prostat vəzi xərçəngində molekulyar diaqnostika və 177Lu/225Ac-PSMA ilə target müalicə” mövzularında məruzələr dinlənilib.  

 

Həmçinin “Laporaskopik radikal nefrektomiya: böyrək şişləri üçün qızıl standart”, “Genetik markerlərin böyrək xərçəngində proqnostik əhəmiyyəti”, “İnvaziv sidik kisəsi xərçənginə yanaşma: EAU Guidelines”, “Sidik kisəsinin xərçəngönü xəstəlikləri”, “İnsidental adrenal törəmələrə yanaşma” və “Laparoskopik adrenalektomiya: Biz bunu necə edirik?” mövzuları üzrə müazakirələr aparılıb.

 

Qeyd edək ki, simpozium Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şura tərəfindən akkreditasiyadan keçib və 5 kredit vahidi verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib