Rezidentura təhsili səviyyəsinin yüksəldilməsi ilə bağlı müzakirələr aparlıb
18.12.2021 15:56

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında  rezidentlərlə görüş keçirilib. Aztibb.az xəbər verir ki, klinikanın direktoru, professor Surxay Hadıyev tədbiri açaraq, I kurs rezidentlərə təbriklərini çatdırıb və onların fəaliyyəti, klinikada təhsil üçün mövcud olan vəziyyət haqqında ətraflı çıxış edib.

 

Sonra ATU-nun Rezidentura və magistratura şöbəsinin müdiri  Məlahət Sultanova rezidentura təhsili səviyyəsinin yüksəldilməsi, həmçinin daha çox vurğulanan problemlərin həlli yolları istiqamətində danışıb. O, rezidentlərin kliniki istiqamətlə yanaşı, elmi yönümdən də yetişdirilməsi, müvafiq seminarların və mühazirələrin aparılmasının vacibliyi, rotasiyaların tənzimlənməsi və digər aspektlərə toxunub.

 

Klinikanın elmi işlər üzlər direktor müavini, professor Davud Pənahov, Cərrahi xətəliklər kafedrasının assistenti Elman Əzimov, rezidentlər üzrə klinikada məsul şəxs Namiq Xəlilov rezidentura təhsil səviyyəsinin keyfiyyətinin artırılması istiqamətində təkliflərlə çıxış ediblər.

 

Görüşün sonunda rezidentlərin sualları cavablandırılıb. 

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində