Rezidentura təhsili səviyyəsinin yüksəldilməsi ilə bağlı müzakirələr aparlıb
09.12.2021 10:25
 

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında  rezidentlərlə görüş keçirilib. Aztibb.az xəbər verir ki, klinikanın direktoru, professor Surxay Hadıyev tədbiri açaraq, I kurs rezidentlərə təbriklərini çatdırıb və onların fəaliyyəti, klinikada təhsil üçün mövcud olan vəziyyət haqqında ətraflı çıxış edib.

Sonra ATU-nun Rezidentura və magistratura şöbəsinin müdiri  Məlahət Sultanova rezidentura təhsili səviyyəsinin yüksəldilkməsi, həmçinin daha çox vurğulanan problemlərin həlli yolları istiqamətində danışıb. O, rezidentlərin kliniki istiqamətlə yanaşı, elmi yönümdən də yetişdirilməsi, müvafiq seminarların və mühazirələrin aparılmasının vacibliyi, rotasiyaların tənzimlənməsi və digər aspektlərə toxunub.

Klinikanın elmi işlər üzlər direktor müavini, professor Davud Pənahov, Cərrahi xətəliklər kafedrasının assistenti Elman Əzimov, rezidentlər üzrə klinikada məsul şəxs Namiq Xəlilov rezidentura təhsil səviyyəsinin keyfiyyətinin artırılması istiqamətində təkliflərlə çıxış ediblər. Görüşün sonunda rezidentlərin sualları cavablandırılıb. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub