Bakı-Ələt yolunda ağır qəza: Xəsarət alanlar var
17.12.2021 23:54

Bakı-Ələt yolunun 61-ci kilometrliyində ağır avtomobil qəzası baş verib. Avtobusla minik maşının toqquşması nəticəsində xəsarət alan 9 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib.

 

Bu barədə Aztibb.az-a Mərkəzin Mətbuat xidmətindən məlumat verilib.

 

Yaralıların siyahısı:

1. 2008-ci il təvəllüdlü Əliyeva Nigar,
2. 1988-ci il təvəllüdlü Əliyeva Samirə,
3. 2010-cu il təvəllüdlü Əlili Əli,
4. 1960-cı il təvəllüdlü Qəhrəmanova Akifə,
5. 1968-ci il təvəllüdlü Ağabəyova Gülzar,
6. 1961-ci il təvəllüdlü Məmmədova Təranə,
7. 1994-cü il təvəllüdlü Mərdanov Zabit,
8. 1998-ci il təvəllüdlü Ağabəyova Əfsanə,
9. 1971-ci il təvəllüdlü Əliyev Xaliq.

 

Məlumatda hadisə nəticəsində yaralananların əsasən mikroavtobusun sərnişinləri olduqları və onların Gədəbəyə yas mərasiminə getdikləri bildirilir.

 

Qeyd olunub ki, xəstələrdən 3-ü reanimasiyadadır. 1 nəfər Neyrotravma, 1 nəfər Travma şöbəsinə yerləşdirilib. Digərlərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub