Boyalı maskalar allergik reaksiyaya səbəb ola bilər - Dermatoloqdan XƏBƏRDARLIQ
04.09.2020 17:25

Son zamanlar boyalı və parça maskaların istifadəsi artıb. Lakin sintetik materiallardan istifadə olunan maskalar allergik reaksiyaya səbəb ola bilər.

 

Aztibb.az xəbər verir ki, bu barədə dermatoloq Yasemin Fatih Amato deyib.

 

O, bildirib ki, uzun müddət maska taxmağa vərdiş edilmədiyi üçün bədən bəzi reaksiyalar göstərir:

 

"Boya həmişə allergik reaksiyalara səbəb ola bilər. Maskanı uzun müddət taxdığımızda problemlər yarana bilər. Mümkün qədər təbii və allergik olmayan maskalardan istifadə edin. Sintetik və nəfəs almayan maskalar zərərlidir. Allergiya problemi göz, burun və qulaq arasındakı bölgələrdə daha çox özünü büruzə verə bilər. Dərinin zərif olduğu burun və qulaqlarda yaralanma, qabıqlanma, qaşınma, ekzema meydana çıxa bilər. Hətta bəzi xəstələrdə açıq yaralar müşahidə edirik. Maskanı çıxardığınızdan 20-30 dəqiqə sonra da qızartı keçməzsə bu problemin olduğuna işarədir. Səhv maskadan istifadə sızanaq kimi bəzi dəri xəstəliklərini də artırır."

 

Sintetik materialların dəriyə zərər verdiyini xatırladan Dermatoloq Amato, allergik reaksiyalardan qorunmaq üçün mümkün qədər sintetik materiallar olmayan maska istifadə edilməli olduğunu vurğulayıb.

 

“Maska üzə oturmalı, ancaq sıxmamalıdır. Bunun üçün maskanın altına pambıq materialdan olan parçalar qoymaq olar. Hər 4 saatdan bir maskanı çıxardıb havalandırmaq lazımdır. Dəriniz yağlıdırsa, maska gün ərzində dəyişdirilməlidir. Maska taxmadan əvvəl mütləq dərini yaxşı bir təmizləyici ilə yuyun və yağsız bir nəmləndirici istifadə edin. Yağlı nəmləndiricilər maskanın altındakı dərinin florasını poza bilər. Əgər sızanaq, seboreik dermatit kimi şikayətlər varsa dərmanlar istifadə edilməlidir”.

 

Amato maskaların pambıq parçadan hazırlanmalı olduğunu qeyd edib:

 

"Boyasız parçalar istifadə olunmalıdır. Boyanın qalıcı olması üçün məhsullara xüsusi qoruyucu maddələr tətbiq olunur. Menopoz dövründə daha çox sızanağı olan gənclər daha diqqətli olmalıdırlar. Tərləmə səbəbindən də səpgilər arta bilər. Bundan başqa suluqlarda meydana gələ bilər, buna görə maska tez-tez dəyişdirilməlidir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır