Pasiyent hüquqlarının təmin olunmasına dair müzakirələr aparılıb
17.12.2021 10:54

Qeyri-hökumət təşkilatları tanınmış hüquqşünaslarla birgə Pasiyent Hüquqlarına dair Bəyannaməni müzakirə ediblər.

 

Aztibb.az xəbər verir ki, Pasiyent Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilən dəyirmi masada İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri, QHT rəhbərləri və tanınmış hüquqşünaslar iştirak ediblər.

 

Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov dəyirmi masada 2021-ci il yanvarın 27-də pasiyent təşkilatları tərəfindən qəbul edilən Pasiyent Hüquqlarına dair Bəyannaməni təqdim edib və bəyannamənin bəndləri haqqında məlumat verib.

 

Ombudsman Aparatının hüquqşünası Müqalib Mahmudov bəyannamədə bir neçə dəyişikliklərin olunmasını qeyd edərək ümumilikdə sənədin vacibliyini vurğulayıb.

 

“Konstitusiya” Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev Azərbaycanda pasiyent hüquqlarına dair qanunun mövcudluğuna ehtiyac olmasını xüsusən qeyd edərək, bəyannamədə göstərilən maddələrin qanunvericilikdə tətbiq edilməsinin əhəmiyyətindən danışıb.

 

Professor Mayis Əliyev bəyannamənin tətbiq olunmasını həkim məsuliyyətinin artırılmasına səbəb olacağını bildirib və Pasiyent Hüquqlarına dair Bəyannamənin Milli Məclisə təqdim edilməsinin vacibliyini vurğulayıb.

 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev həmin bəyannamənin Azərbaycan qanunları çərçivəsində icra mexanizminin gücləndirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

 

İcbari Tibbi Sığorta üzrə Agentliyin hüquqşünası Lalə Kərimova da çıxış edərək təqdim edilən bəyannamənin əhəmiyyətindən danışıb.

 

Pasiyent Təşkilatları İttifaqının üzv təşkilatları “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli, Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının icraçı direktoru Gülnarə Hüseynova, Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyinin sədri Səadət Bayramova, Leykemiya ilə Mübarizə İctimai Birliyinin sədri Mehriban Bağırova, Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə, Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli Pasiyent Hüquqlarına dair Bəyannamənin tətbiqinin vacibliyini vurğulayaraq bu sahədə birgə çalışacaqlarını qeyd ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib