Tibb işçiləri üçün - Yeni veb-sayt 
04.09.2020 16:39

Tibb işçiləri üçün “opencriticalcare.org” saytı istifadəyə verilib. Veb-sayt Dünya Anestezioloqlar Cəmiyyətləri Federasiyası, Kaliforniya San Fransisko Universitetinin Anesteziologiya Bölməsi və “OPENPediatrics”in təşəbbüsü ilə istifadəyə verilib. Saytın hazırlanması üçün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Dayanıqlı Texniki və Analitik Resurslar Layihəsi (STAR) çərçivəsində maliyyə vəsaiti ayrılıb.

 

Veb-saytın yaradılmasında məqsəd reanimasiya və intensiv terapiyaya dair etibarlı məlumat bazası yaratmaq və müxtəlif səviyyələrdə səhiyyə sahəsində fəaliyyət göstərən qurumlar arasında strateji əməkdaşlığı formalaşdırmaqla tədrisyönümlü fəaliyyətlərdə təkrarlanmanın qarşısını almaqdır.

 

Saytda ayrı-ayrı səhiyyə sistemlərində çalışan, bilik və bacarıqları fərqli səviyyədə olan tibb işçiləri üçün materiallar yerləşdirilib. Daim yenilənən bu materiallar sərbəst mütaliə, ali və orta təhsil ocaqlarının təlim proqramlarına və kurikulumlara inteqrasiya məqsədi ilə istifadə oluna bilər. Saytda, həmçinin, tənəffüs çətinləşməsi vaxtı tibbi yardım və mexaniki ventilyasiya ilə bağlı müxtəlif açıq və etibarlı onlayn resurslara keçidlər yer alıb.

 

Sayt aşağıdakı bölmələrdən ibarətdir:

 

  • Təlimlər;
  • Vebinarlar və digər tədbirlər;
  • Süni tənəffüs cihazları və simulyatorlar;
  • Müxtəlif süni tənəffüs cihazlarının istifadə qaydaları;
  • Oksigen və mexaniki ventilyasiya ilə bağlı ekspertlərlə sual-cavab;
  • Tibb müəssisəsinin oksigen ehtiyacı və təchizatının qiymətləndirilməsi;
  • COVID-19-la bağlı etibarlı açıq resurslara keçidlər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib