Bir tibbi brendin tarixi: “BioNTech”
16.12.2021 17:56
"BioNTech" SE (Biopharmaceutical New Technologies) mərkəzi ofisi Almanyada yerləşən biotexnoloji şirkətidir.
 
2008-ci ildə Uğur Şahin, Özlem Türeci və Kristof Huber tərəfindən qurulan şirkət bu illər ərzində tibb sahəsində bir çox araşdırmalar aparıb.
 
Şirkət müxtəlif xəstəliklərin müalicəsi məqsədilə xüsusi peraparatlar istehsal edir. Həmçinin “BioNTech” xərçəngin immunoterapiyası üçün mRNT əsaslı dərmanlar, yoluxucu xəstəliklər üçün peyvəndlər və nadir xəstəliklər üçün dərmanlar hazırlayır.
 
“BioNTech” 2018-ci ilin avqustunda qripə qarşı mRNA əsaslı vaksinlər hazırlamaq üçün “Pfizer”lə əməkdaşlığa başlayır.
 
Şirkət 2019-cu ildə Bill və Melinda Qeyts Fondu ilə HİV və vərəmə qarşı peyvənd tədqiqatları üçün razılığa gəlir. 2020-ci ildə SARS-CoV-2 virusuna qarşı COVID-19 peyvəndi istehsal etmək üçün “Pfizer” və “Fosun” ortaqlığı ilə peyvənd tədqiqatlarına strat verir.
 
“Times” qəzetinin məlumatına görə, şirkətin bazar dəyəri “Prosche” və “Deutsche Bank”dan çoxdur.
 
Şirkətin digər təsisçi tərəfdaşları arasında alman milyarder qardaşları Tomas və Andreas Struengmann da var.
 
Aztibb.az

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib