Qlobal iqlim dəyişmələri və COVID-19-a qarşı mübarizədə beynəlxalq həmrəylik mövzusunda - Onlayn görüş
04.09.2020 16:19

Yaponiya hökumətinin təşəbbüsü və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinin dəstəyi ilə koronavirus pandemiyası və iqlim dəyişmələri ilə bağlı qlobal böhranların əlaqələndirilməsi üzrə yaradılan beynəlxalq onlayn platformanın açılışı olub.

 

Aztibb.az xəbər verir ki, tədbirdə 81 ölkənin ekologiya və ətraf mühit nazirləri, həmçinin iqlim dəyişmələri sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

 

Görüşdə Azərbaycan Respublikasını Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev təmsil edib. O, çıxışında Azərbaycan Respublikasının COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırdığını, 30-dan çox dövlətə humanitar yardımların göstərildiyini bildirib. 

 

Qeyd edək ki, dünya ölkələrini birləşdirən yeni platformanın yaradılmasında məqsəd iqlim dəyişmələri və COVID-19 pandemiyası ilə əlaqədar böhranların aradan qaldırılması üçün beynəlxalq həmrəyliyin təşviq edilməsi, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub