Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının iclasında 44 iş müzakirəyə çıxarılıb
16.12.2021 13:17

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının 2021-ci ildə sonuncu – 12-ci iclası keçirilib.

 

Onlayn təşkil edilən iclası AMEA-nın vitse-prezidenti, problem şurasının sədri, akademik İradə Hüseynova açaraq dekabrda keçirilən mühüm elmi-kütləvi tədbirlər barədə məlumat verib, gündəlikdəki məsələləri diqqətə çatdırıb.

 

İclasda biologiya və tibb elm sahələri üzrə dissertasiya mövzularının təsdiqi üçün 44 iş müzakirəyə çıxarılıb.

 

Akademik İradə Hüseynovanın rəhbərliyi ilə keçirilən müzakirələrdə problem şurasının, işçi qruplarının üzvləri, eləcə də iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri də iştirak ediblər.

 

Müzakirəyə çıxarılmış bəzi mövzuların adında dəyişikliklər edilməklə 39 iş müsbət qiymətləndirilərək qeydiyyata alınıb, digər işlər təkrar baxılmaq üçün geri qaytarılıb.

 

İclasa yekun vuran akademik İradə Hüseynova 2021-ci il ərzində keçirilmiş 12 iclasda 300-dən çox işin müzakirə edildiyini və müvafiq qərarlar qəbul olunduğunu vurğulayıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib