Mərkəzi Gömrük Hospitalının nümayəndə heyəti beynəlxalq konqresdə iştirak edib
14.12.2021 16:30
Mərkəzi Gömrük Hospitalının nümayəndə heyəti 9-12 dekabr 2021-ci il tarixlərində XII Beynəlxalq Sterilizasiya və Dezinfeksiya konqresində iştirak edib.
 
Aztibb.az xəbər verir ki, nümayəndə heyətinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Sanitar Karantin Xidmətinin epidemioloqu Natiq Zülfüqarov, Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev, İnfeksiya Nəzarəti Komissiyasının sədri Səttar Yaqubov və Sterilizasiya şöbəsinin məsul tibb bacısı Rühəngiz Həsənova daxil olub. Onlar Türkiyənin Antalya şəhərində Dezinfeksiya, Antiseptika, Sterilizasiya (DAST) təşkilatının təşkilatçılığı ilə hibrid formatında keçirilən XII Beynəlxalq Sterilizasiya və Dezinfeksiya konqresində iştirak ediblər.
 
Konqresdə müasir dünyanın COVID-19 pandemiyası ilə apardığı mübarizə dövründə infeksiyanın yayılmasının qarşısının alınması üçün tibb müəssisələrinin qarşısında duran problemlərdən, onların həlli yollarından, bu sahədəki dünya standarlarından bəhs edilib. Tədbirdə iştirak edən bir sıra ölkələrdən, o cümlədən Almaniya, Fransa, İtaliyadan qatılan yüksəkixtisaslı mütəxəssislər bu sahədə apardıqları maraqlı tədqiqatları ilə çıxış ediblər.
 
Mərkəzi Gömrük Hospitalının tibbi personalının təlimdə iştirak etməsinin əsas məqsədi Hospitalda sanitar-epidemik vəziyyətə nəzarətin gücləndirilməsi və xəstəxanadaxili infeksiya ilə mübarizənin daha effektiv aparılması üçün beynəlxalq təcrübədən yararlanmasıdır.
 
Eyni zamanda, Mərkəzi Gömrük Hospitalının nümayəndə heyəti aparıcı ölkələrin nümayəndələri və DAST təşkilatının rəhbərləri ilə görüşlər keçirib, qarşılıqlı əməkdaşlıq yolları barədə danışıqlar aparıb. Görüşdə Mərkəzi Gömrük Hospitalının DAST təşkilatının Sterilizasiya və Dezinfeksiya sahəsi üzrə sıx əməkdaşlıq edilməsi qərara alınıb.
 
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib