Omikron təkamül sıçrayışı edib: 50 fərqli mutasiya daşıyır
13.12.2021 12:52
Dünyanın müxtəlif yerlərində tədqiqatların ümumi nəticəsi budur ki, Omikron indiyə qədər müəyyən edilən koronavirus variantları arasında ən çox mutasiyaya malik ştamdır. Alimlərin fikrincə, bu, virusun təkamül sıçrayışı etdiyini göstərir.
 
Aztibb.az ekspertlərin rəyinə əsaslanaraq xəbər verir ki, Delta variantı dünyada qısa zamanda geniş yayılsa da 7-8 yeni mutasiya ehtiva edib. Omikron isə 50 mutasiya daşıyır. Qorxulu olan odur ki, bu mutasiyalardan 26-sı əvvəlki variantların heç birində görünməyib.
 
Mütəxəssislər onu da bildirir ki, əslində virusun çox sayda mutasiya ehtiva etməsi hər zaman pis hal sayılmır, bəzən də yaxşı nəticələrə gətirib çıxara bilər. Bu vəziyyəti anlamaq üçün daha çox xəstə üzərində tədqiqat aparılmalıdır.
 
Omikron variantının görüldüyü hər yerdə klinik məlumatlar araşdırılmaqdadır. İlkin nəticə odur ki, ortaya çıxan yeni variant köhnəsindən daha yoluxucudur.
 
Cənubi Afrikadan əldə edilən ilk məhdud məlumatlar göstərir ki, yeni variant şiddətli yorğunluğa səbəb olur, lakin qızdırma, qoxu və dad itkisi kimi əlamətlərə çox rast gəlinmir.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib