Mental pozğunluq. Mütəxəssislər nəyi tövsiyə edir?
12.12.2021 20:53
Pandemiya ərəfəsi insanların depressiya halına yaxınlaşma faizi əhəmiyyətli dərəcədə artıb. Bu gün çox az insan öz mental sağlamlığına fiziki vəziyyəti qədər diqqət yetirir.
 
Aztibb.az xəbər verir ki, mental və ya psixoloji sağlamlıq insanın öz potensialını həyata keçirə bildiyi, yəni həyatında yaranan stresslərin öhdəsindən gələ bildiyi, məhsuldar işlədiyi və cəmiyyətə öz töhfəsini verə biləcəyi rifah vəziyyəti kimi qiymətləndirilir.
 
Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, planetimizin hər dördüncü-beşinci sakini mental pozğunluqdan əziyyət çəkir, hər ikinci insan isə həyatının istənilən dövründə bu xəstəliyə yoluxa bilər.
 
Kişilər və qadınlar mental pozğunluqlardan eyni dərəcədə əziyyət çəkirlər. Sadəcə olaraq, qadınlar bir psixoloji prosesə, kişilər isə digərlərinə daha çox həssasdırlar. Bununla belə qadınlar, müstəqil şəkildə öhdəsindən gəlməyə çalışan və lazımi müalicə almadan digər xəstəliklərə (məsələn, alkoqol asılılığına) məruz qalan kişilərdən daha tez-tez kömək üçün mütəxəssislərə müraciət edirlər.
 
Ekspertlər belə nəticəyə gəliblər ki, cəmiyyətdə ənənəvi kişiliyə münasibət kişilərin özlərində psixi problemlərin olduğunu dərk etməyə və onları həll etmək üçün mütəxəssisə müraciət etməyə mane olur. Məsələn, bütün Avropa regionunda kişilər psixi sağlamlıq müştərilərinin yalnız 20%-ni təşkil edir.
 
Son araşdırmalar həkimlərə təkcə həyacan-depressiv və stress pozğunluqları üçün müraciətlərin yüzlərlə dəfə artdığını göstərir. Epidemiyalar zamanı insanların mental sağlamlığı əhəmiyyətli dərəcədə pisləşir. Mütəxəssislər onun qayğısına indi şüurlu şəkildə qalmağı tövsiyə edir.
 

 
Tədqiqatlar göstərir ki, çətin vaxtlarda insanlar məlumat axtarmağı sevirlər. Bu, təbii sağ qalma mexanizmidir. Amma pandemiya zamanı sosial şəbəkələrə baxmaq adlandırılan “doom scrolling” (doom – bədbəxtçilik, scrolling – sürüşdürmə) sağlamlığımıza yaxşı təsir göstərmir. Mənfi xəbərlərə baxmağa sərf olunan cəmi iki-dörd dəqiqə əhval-ruhiyyəmizi korlayır və uzun müddət ərzində mental sağlamlığımıza mənfi təsir göstərir və müxtəlif pozğunluqlara səbəb ola bilir.
 
Bəs nə edə bilərik? Sosial mediadan düşünülmüş şəkildə istifadə edilməli, yalnız seçilmiş məzmunda məlumatlar izlənilməlidir.
 
Mental sağlamlığınızı qorumağın yaxşı yolu telefonunuzda “push” bildirişlərini söndürməkdir. Daha yaxşısı isə, bütün xəbərdarlıqları tamamilə söndürün. Başqa bir üsul, iş zamanı istirahət üçün saatda cəmi on dəqiqə ayırmaqdır, onda qadcetlər üçün demək olar ki, vaxt qalmayacaq.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib