Bakı Sağlamlıq Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb  
12.12.2021 09:32

Bakı Sağlamlıq Mərkəzində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə açan Bakı Sağlamlıq Mərkəzinin icraçi direktoru Asiman Həsənov dahi lider Heydər Əliyevin şərəfli həyat yolu, xalqımız qarşısında misilsiz xidmətləri, habelə onun Azərbaycan səhiyyəsinin inkişafı üçün gördüyü işlərdən danışıb. A.Həsənov müasir dövlətçiliyimizin banisi, ümummilli lider Heydər Əliyevin əbədiyyətə qovuşmasından illər ötməsinə baxmayaraq, Azərbaycan xalqının öz xilaskarını heç zaman unutmadığını, daim ehtiramla yad etdiyini söyləyib.

 

Daha sonra Mərkəzin həkimləri çıxış edərək görkəmli dövlət xadimi Heydər Əliyevin öz müdrik siyasəti, zəngin idarəçilik və dövlətçilik təcrübəsi sayəsində Azərbaycanın müstəqilliyinin təmin edilməsi, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindən bəhs ediblər. Natiqlər Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini bildiriblər.

 

Sonda ulu öndər Heydər Əliyevə həsr edilən film nümayiş olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib