Pediatriyada aktual mövzulara həsr olunmuş beynəlxalq konqres öz işini davam etdirir
11.12.2021 15:54

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Mərkəzi Gömrük Hospitalın rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupunun birgə təşkilatçılığı ilə "Zoom" platforması üzərindən onlayn şəkildə həyata keçirilən Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş "Pediatriyada aktual mövzular: müasir tibbi yeniliklərin təcrübədə tətbiqi" mövzusunda beynəlxalq elmi konqresin üçüncü günü öz işinə başlayıb.

 

Aztibb.az xəbər verir ki, konqresin üçüncü günündə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.f.d. dos. İsmayıl Əfəndiyev ölkəmizdə uşaq sağlamlığının qorunması sahəsinin dövlət səhiyyə siyasətinin prioritet istiqamətlərindən olduğunu qeyd edib və əsası Ulu öndər tərəfindən qoyulmuş bu sahənin bu gün də cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti, Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

 

İ.Əfəndiyev konqresin beynəlxalq təcrübədən yararlanmaq, sübutlu təbabət prinsipləri əsasında müalicə və müayinə prosesini təşkil etmək və elmi yenilikləri təcrübədə tətbiq etmək üçün vacib bir platforma olduğunu söyləyib və həkimləri yaradılmış şəraitdən maksimum faydalanmağa dəvət edib.

 

İ.Əfəndiyev çıxışının sonunda konqresin işinə uğurlar arzu edərək üçüncü günün işini açıq elan edib. Daha sonra Azərbaycan Tibb Universiteti II Uşaq xəstəlikləri kafedrasının professoru t.e.d. Hüseyn Qabulovun video-müraciəti dinlənilib. H.Qabulov konqresi yüksək qiymətləndirərək, mövzunun aktuallığı ilə bağlı fikirlərini bölüşüb və konqresin son gününün işinə uğurlar arzu edib.

 

Açılış nitqlərindən sonra konqres günün birinci yarısında Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqu Dr. Mehdi Əliyev və Ankara Universiteti Tibb Fakultəsi Cebeci Xəstəxanasının baş həkimi, pediatr-reanimatoloq Prof. Dr. Tanıl Kəndirlinin moderatorluğu ilə “COVID-19-un ikinci üzü – MİS-C”, eləcə də Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqu Dr. Xəyal Məmmədov və Çukurova Universiteti Tibb Fakultəsinin dosenti, pediatr-anestezioloq-reanimatoloq Dr. Özden Özgür Horozun moderatorluğu ilə “AHA PALS (American Heart Association Pediatric Advanced Life Support) yeniliklər” panelləri ilə öz işinə davam edib.

 

Günün ikinci yarısında isə konqresdə Mərkəzi Gömrük Hospitalının Reanimasiya və intensiv terapiya şöbəsinin rəisi, anestezioloq-reanimatoloq Dr.Tural Sadıqov və Dokuz Eylül Universiteti Tibb fakültəsinin professoru, pediatr-anestezioloq-reanimatoloq Dr. Murat Dumanın moderatorluğu ilə “Təcili yardım və reanimasiya şöbələrində müasir yanaşma”, eləcə də Elmi Tədqiqat Pediatriya İnstitutunun Uşaq Nevroloji Xəstəxanasının direktor müavini, pediatr-neonatoloq t.f.d., dosent Səadət Ələsgərova və Çukurova Universiteti Tibb Fakultəsinin professoru, pediatr-reanimatoloq Dr. Dinçer Yıldızdaşın moderatorluğu ilə “Pediatrik Təcili Təxirəsalınmaz Yardım” panelləri həyata keçirilib.

 

Ümumilikdə Konqresin üçüncü günündə 4 paneldə Azərbaycan və Türkiyədən olan yüksəkixtisaslı mütəxəssislər tərəfindən 9 məruzə dinlənilib, dinləyicilərin sualları cavablandırılıb.


500-dən çox dinləyicinin iştirak etdiyi konqres eyni zamanda Mərkəzi Gömrük Hospitalının rəsmi "Facebook" hesabı üzərindən də canlı yayımlanıb.

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Mərkəzi Klinikada 1 günlük, çəkisi 2800 qr olan körpə üzərində ağır əməliyyat icra edilib
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib  
 Almaniyadan dəvət olunmuş ortoped-travmatoloq Diaqnoz Tibb Mərkəzində pasiyentləri ödənişsiz qəbul edir   
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?  
“Böyrək xəstəliklərinin diferensial diaqnostikası” adlı kitab işıq üzü görüb
YAP Xətai rayon təşkilatının Diaqnoz Tibb Mərkəzində yeni ərazi partiya təşkilatı yaradılıb
Quba RMX-da ağacəkmə aksiyası: 200-ə yaxın müxtəlif növ dekorativ ağaclar əkilib
Psixoloq: Autizm sahəsində peşəkar mütəxəssislərin tədris prosesinə cəlb edilməsi mütləqdir - MÜSAHİBƏ
AQTİ vakansiya elan edir
TƏBİB Strateji inkişaf departamentinə böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir
Suraxanı Tibb Mərkəzinin terapevti Növrəstə Musayeva - Həkimlərimizi tanıyaq!
Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı təcili yardım həkimi - Füzuli Abışov