"Pediatriyada aktual mövzular: müasir tibbi yeniliklərin təcrübədə tətbiqi" mövzusunda beynəlxalq elmi konqres öz işini davam etdirir
10.12.2021 15:54
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş "Pediatriyada aktual mövzular: müasir tibbi yeniliklərin təcrübədə tətbiqi" mövzusunda beynəlxalq elmi konqres öz işini davam etdirir.
Konqresin ikinci günündə Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov çıxış edərək ölkəmizdə prenatal və postnatal diaqnostika, neonatologiya, pediatriya və uşaq kardiologiyası kimi vacib əhəmiyyətli sahələrdə əldə edilən nailiyyətlərin Ulu Öndərin səhiyyə sahəsində atdığı qətiyyətli addımların uğurlu nəticəsi olduğunu bildirib. O, uşaq sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərin hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb.
E.Məmmədov çıxışının sonunda konqres iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının müdiri, t.e.d., prof. Nailə Sultanovanın video-müraciəti dinlənilib.
N.Sultanova video-müraciətində konqresin uşaq sağlamlığının qorunması istiqamətində aktual mövzuları əhatə etdiyini deyib, bu qəbildən olan elmi tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb.
Açılış hissəsindən sonra konqres Mərkəzi Gömrük Hospitalının Pediatriya və neonatologiya şöbəsinin rəisi, pediatr-neonatoloq-reanimatoloq Telman Aytayev və Ankara Universiteti Tibb fakültəsi Cebeci Xəstəxanasının baş həkimi, pediatr-reanimatoloq, prof. Tanıl Kəndirlinin moderatorluğu ilə “Revmatologiya” paneli üzrə davam etdirilib.
Günün ikinci yarısında konqres Mərkəzi Klinik Xəstəxananın Uşaq Mərkəzinin rəhbəri, pediatr-neonatoloq Dr. Sevda Əsədova və Çukurova Universiteti Tibb fakültəsinin pediatr-reanimatoloqu, prof. Dinçer Yıldızdaşın moderatorluğu ilə “COVID -19-a qarşı peyvəndlər”, daha sonra isə Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloq-reanimatoloqu Təranə Göyüşova və İstanbul Universiteti Tibb Fakultəsinin dosenti, pediatr-neonatoloq Mehmet Yıldızın moderatorluğu ilə “Poliklinik qəbul” paneli ilə davam edib.
Ümumilikdə konqresin ikinci günündə 3 paneldə 10 məruzə dinlənilib. Tədbir sual-cavab sessiyaları və interaktiv müzakirələrlə davam etdirilib.
500-dən çox yerli və beynəlxalq mütəxəssisin onlayn şəkildə iştirak etdiyi tədbir, eyni zamanda Mərkəzi Gömrük Hospitalının rəsmi "Facebook" hesabı üzərindən də canlı yayımlanıb.
Qeyd edək ki, konqres Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Hospitalın rəsmi tərəfdaşı olan "Florence Nightingale" Xəstəxanalar Qrupunun birgə təşkilatçılığı ilə "Zoom" platforması üzərindən onlayn şəkildə keçirilir.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

