"Total koloektomiya və böyrək zədələnməsi" mövzusunda seminar keçirilib
09.12.2021 17:17
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyevanın və həkim-rezidentlərinin iştirakı ilə “Total koloektomiya və böyrək zədələnməsi” mövzusunda seminar keçirilib.
 
Aztibb.az xəbər verir ki, tədbirdə klinikanın Nefrologiya şöbəsinin həkim-rezidenti Yeganə Bayramova müalicədən sonra müsbət dinamika əldə edilmiş xəstə haqqında ətraflı məlumat verib.
 
Bildirib ki, 2008-ci ildən kron xəstəliyindən əziyyət çəkən 53 yaşlı kişi xəstə, 2021-ci ilin fevral ayında kron xəstəliyinin fəsadı olan qanlı ishal şikayətlərindən sonra total koloektomiya olub və stoma qoyulub. Stoma vasitəsilə sutkada 5 litrə yaxın ifrazat xaric edildiyinə görə xəstə dehidratasiya vəziyyətinə girib, sidik ifrazının kəskin azalması və qanda kreatinin səviyyəsinin artması müşahidə olunub.
 
Y.Bayramovanın sözlərinə görə, ətraflı müayinələrdən sonra xəstənin stasionar şəraitdə müalicəsi aparılıb, sutkalıq 4 litrə yaxın maye köçürülməsi və həzm sistemi üçün təyin olunan dərman preparatlarından sonra xəstədə müsbət dinamika əldə edilib.
 
Sonda klinikanın digər həkim-rezidentlərilə birgə mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub