“Xəstəxanaların hazırlıq səviyyəsinin artırılması” mövzusunda seminar keçirilib
07.12.2021 14:56
 
Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ortaq “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində 40-dan çox aparıcı tibb müəssisəsinin, o cümlədən Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Xidmətinin tibb xidməti rəhbərləri üçün “Xəstəxanaların hazırlıq səviyyəsinin artırılması” mövzusunda seminar təşkil edilib.
 
İcbarı Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama departamentinin rəhbəri Hikmət İbrahimli, TƏBİB-in Elmi-tədqiqat və təhsil departamentinin rəhbəri Elmir Bəşirov seminarda açılış nitqi ilə çıxış edib.
 
Daha sonra ÜST-ün Azərbaycan nümayəndəliyindən Dr. Halil İbrahim Durak və Dr. Tural Qulu çıxış edərək qurumun xəstəxanaların hazırlıq səviyyəsinin artırılması və "Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü" layihəsi çərçivəsində görülmüş işlər barədə məlumat verib.
 
ÜST-ün konsultantları Dr. Həsən Odabaşıoğlu xəstəxanalarda fövqəladə hallara hazırlığın planlaşdırılması ilə bağlı tədbirlər, Dr. Can Hüseyn Hekimoğlu isə infeksiyaların profilaktikası və nəzarətlə bağlı görülməli olan tədbirlərdən danışıb.
 
Seminarın sonunda müəssisə rəhbərləri COVID-19 pandemiyasına cavab tədbirləri ilə bağlı öz təcrübələrini bölüşüb və öyrənilmiş dərsləri müzakirə ediblər.
 
Tədbir Azərbaycanda xəstəxanaların hazırlıq səviyəsinin artırılması, pandemiya və ya digər fövqəladə vəziyyətlərdə idarəetmə sisteminin düzgün təşkil edilməsinə dəstək məqsədilə həyata keçirilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər