Mərkəzi Gömrük Hospitalında rezidentlərin kuratorlarla görüşü keçirilib
07.12.2021 15:47
Bu gün Mərkəzi Gömrük Hospitalında təhsil alan rezidentlərin kuratorlarları ilə hibrid formatda görüşü keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.f.d., dosent İsmayıl Əfəndiyev rezidentlərin yüksəkixtisaslı həkim kimi yetişməsi ilə bağlı qarşıda duran vəzifələr, mövcud imkanlar, rezidentlərin Türkiyə Respublikasında Mevlana mübadilə proqramında, eləcə də European Region Action Scheme for the Mobility of University Students (Erasmus) rotasiya proqramlarında iştirak etməsi imkanları barədə ətraflı məlumat verib.
İsmayıl Əfəndiyev, həmçinin rezidentlərin öz ixtisasları üzrə Azərbaycanda və xarici ölkələrdə fəaliyyət göstərən elmi cəmiyyətlərə üzv olması, konfrans, konqres və seminarlarda fəal iştirak etməsi, elmi-tədqiqat və ictimai işlərinə cəlb edilməsinin zəruriliyindən danışıb. O, rezidentlərin tədris proqramının ödənilməsi, kuratorlar və rezident arasında münasibətlərin qurulması, rezidentlərin nəzəri və təcrübi bacarıqları, elmi-tədqiqat işlərinə düzgün yanaşması vərdişlərinin yetişdirilməsi ilə bağlı məsləhətlər verib.
Daha sonra Radiologiya şöbəsinin rəisi, uzman Eldəniz Hüseynov, Mama-ginekologiya şöbəsinin rəisi, t.f.d. Təranə Bayramova, Cərrahiyyə və Transplantasiya şöbəsinin rəisi, transplantoloq Mircəlal Kazımi, Kardiologiya şöbəsinin invaziv kardioloqları Samir Mustafayev və Emin Hacıbalayev, Reanimasiya şöbəsinin anestezioloq-reanimatoloqları – Mehdi Əliyev, Təranə Göyüşova, Xəyal Məmmədov, Cərrahiyyə şöbəsinin rəisi, ümumi cərrah Namiq Novruzov şöbələrində rezidentura təhsili alan rezidentlərin fəaliyyəti, görülən işlər barədə məlumat veriblər.
Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımova Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti Bakı filialının Tədris-simulyasiya mərkəzi ilə həyata keçirilən əməkdaşlıq çərçivəsində rezidentlər üçün mövcud olan perspektivlərdən danışıb.
Tədbirin sonunda rezidentlərin sualları cavablandırlıb, fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalında 2018-ci ildən yaradılmış rezidentura təhsilinin əsas məqsədi gələcəkdə işinin peşəkarı, yüksək nəzəri və təcrübi biliklərə malik, savadlı həkimlər yetişdirməkdir.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

