Professor Ulduz Həşimovanın 70 yaşı tamam olur  
07.12.2021 15:55

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimovanın 70 yaşı tamam olur.

 

Aztibb.az xəbər verir ki, Ulduz Fayızi qızı Həşimova 5 dekabr 1951-ci ildə Şamaxı şəhərində anadan olub. O, 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib, 1973-1975-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda, 1975-ci ildə Azərbaycan SSR EA-nın Tarix İnstitutunda laborant işləyib. 1975-1978-ci illərdə SSRİ EA-nın Etnoqrafiya İnstitutunun aspiranturasında təhsil alıb. 1979-1985-ci illərdə Azərbaycan SSR EA-nın Tarix İnstitutunda kiçik elmi işçi, 1985-1999-cu illərdə Azərbaycan SSR EA-nın Fiziologiya İnstitutunda böyük elmi işçi, 1999-2001-ci illərdə Qərb Universitetində kafedra professoru, 2001-2005-ci illərdə həmin universitetin Magistratura şöbəsinin dekanı, 2006-2013-cü illərdə “Logos” MMC-nin direktoru, 2013-2014-cü illərdə AMEA-nın Rəyasət Heyəti aparatında Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin müdiri, 2014-2021-ci illərdə AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru vəzifələrində çalışıb. 2021-ci ildən Fiziologiya İnstitutunun baş direktorudur.

 

O, 1979-cu ildə namizədlik, 1996-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib, 2019-cu ildə professor elmi adını alıb.

 

Alimin elmi fəaliyyəti orqanizmin həyat fəaliyyətinin fizioloji və hüceyrəvi-molekulyar mexanizmlərinin öyrənilməsi, herontoloji tədqiqatlar, qocalmanın biologiyası, uzunömürlülüyün fizioloji və molekulyar-genetik əsaslarının tədqiqi, yaşla bağlı və sosial əhəmiyyətli xəstəliklərin molekulyar fərdiləşdirilmiş diaqnostikası məsələlərinə həsr olunub.

 

Ulduz Həşimova 170-dən çox elmi əsərin, o cümlədən beynəlxalq bazalarda indeksləşən məqalələrin və 3 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi altında 5 fəlsəfə doktoru dissertasiyası müdafiə edilib.

 

Tanınmış alim Avro-Aralıq Dənizi Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Avropa Herontologiya və Heriatriya Cəmiyyətləri Assosiasiyasının vitse-prezidenti, UNESCO yanında Bioetika, Elm və Texnologiyaların Etikası üzrə Azərbaycan Milli Komitəsinin, Asiya Elmlər Akademiyaları və Elm Cəmiyyətləri Assosiasiyasının üzvü, Azərbaycan Fizioloqlar və Azərbaycan Herontoloqlar cəmiyyətlərinin sədridir. Həmçinin 2015-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 

Professor Ulduz Həşimovanı 70 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, gələcək elmi, elmi-təşkilati və ictimai fəaliyyətlərində uğurlar arzu edirik!

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib