Vüqar Qurbanov ÜST və USAID-in Azərbaycandakı nümayəndələri ilə görüşüb  
07.12.2021 10:43
TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı nümayəndələri ilə görüşüb.
 
Görüş zamanı Vüqar Qurbanov ölkəmizdə tibbi xidmətin əlçatanlığının təmin edilməsi və keyfiyyətli işin təşkilində hər iki qurumla qarşılıqlı əməkdaşlığın mühüm rol oynadığını bildirib. O, xaricdə təhsil almış və hazırda həmin ölkələrdə xidmət göstərən yerli mütəxəssislərin ölkə səhiyyəsinə qazandırılması, o cümlədən tibb müəssisələrində çalışan orta tibb işçilərinin bilik və bacarıqlarının artırılması istiqamətində mühüm işlərin görüldüyünü bildirib. V.Qurbanov inkişaf etmiş ölkələrin səhiyyə təcrübəsinin Azərbaycanda tətbiqinin qarşıda duran əsas hədəflərdən olduğunu qeyd edib.
 
Daha sonra ÜST-ün Azərbaycan nümayəndəsi Hande Harmancı həyata keçirilən layihələrə göstərdiyi diqqət və dəstək üçün təşəkkürünü bildirib. H.Harmancı əməkdaşlığın məqsədinin Azərbaycan səhiyyəsinə töhfə vermək olduğunu bildirib.
 
Görüşdə çıxış edən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiya direktoru Cey Sinqx isə səhiyyə işçilərinin bilik və bacarıqlarının artırılması, eyni zamanda ixtisaslı kadrların hazırlanması istiqamətində ölkələrarası təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb.
 
Sonda əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub