Türkiyə Respublikası Ali Təhsil Şurasının nümayəndə heyəti ATU-da olub
04.12.2021 17:03
Ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Azərbaycan Tibb Universitetinin qonağı olublar.
 
Aztibb.az xəbər verir ki, ATU-nun rektoru, professor Gəray Gəraybəyli qonaqlara universitetin tarixi, fəaliyyəti, beynəlxalq standartlara əsasən qurulan təhsil və tədris prosesi, həyata keçirilən islahatlar barəsində məlumat verib. Qeyd edib ki, beynəlxalq əlaqələrin genişləndirilməsi ATU-nun hazırkı fəaliyyətində önəmli istiqamətlərdən birini təşkil edir və bu yöndə qardaş Türkiyənin universitetləri ilə güclü əməkdaşlıq əlaqələri qurulub. Rektor bu münasibətlərin daha da gücləndirilməsi sahəsində fəaliyyətin davam etdiriləcəyini bildirib.
 
Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikası Ali Təhsil Şurasının rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərini Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əlaqələrin genişlənməsinə müsbət töhfə verəcəyinə əminliyini ifadə edib.
 
Ali Təhsil Şurasının sədri Erol Özvar, öz növbəsində, iki qardaş ölkə arasındakı sıx dostluq münasibətlərinin təhsil sahəsində də əks olunduğunu qeyd edib. Görüş zamanı ali təhsil sahəsində mövcud əməkdaşlıq və gələcək layihələr haqqında fikir mübadiləsi aparılıb.
 
Daha sonra qonaqlara ATU-dakı auditoriyalar və laboratoriyalar, universitetin klinikaları nümayiş etdirilib, nümayəndə heyəti tələbələrin təhsili və uğurlu praktikası üçün yaradılan şəraitlə tanış olub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub