ATU-nun Tədris Terapevtik Klinikasının Tibbi Şurasının iclasında mühüm məsələlər müzakirə edilib  
03.12.2021 17:10
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Tibbi Şurasının növbəti yığıncağı keçirilib.
 
Yığıncağı giriş sözü ilə klinikanın direktoru, professor Surxay Musayev açaraq noyabr ayında stasionar və ambulator xəstə qəbulu barədə məlumat verib. 
 
O, klinikadaxili intizam məsələlərindən də danışaraq bildirib ki, ATU-nun kafedralarının bəzi həkimləri xəstələri əsasən çalışdıqları digər klinikalarda qəbul edirlər. Bu halların, eyni zamanda AR Əmək Məcəlləsinə də zidd olduğu vurğulanıb və məsələnin həlli istiqamətində kafedra və şöbə müdirlərinə tapşırıqlar verilib. Həmçinin bəzi orta və kiçik tibb personalının xəstələrlə davranışının qüsurlu olduğu diqqətə çatdırılıb.
 
Sonra prof. S.Musayev klinikaya gələn Beynəlxalq Akkreditasiya Komissiyasının üzvlərinin tədris işləri ilə maraqlanması, Koç Universiteti Hospitalı rəhbərlərindən ibarət nümayəndə heyətinin klinika ilə tanışlıqları barədə məlumat verib.
 
Bundan başqa, direktor 6-9 dekabr 2021-ci il tarixlərində TİKA “Türk Yoğun Bakım uzmanları” təşkilatı tərəfindən təşkil olunacaq onlayn toplantıdan danışıb, əməkdaşları sözügedən tədbirdə fəal iştirak etməyə çağırıb.
 
Daha sonra direktorun müalicə işləri üzrə müavini Fəridə Hacıyeva çıxış edərək noyabr və oktyabr aylarında xəstə qəbulunun müqayisəli təhlilini verib, bu işdə nisbi irəliləyişin olduğunu bildirib. Bununla yanaşı, klinikaya xəstə qəbulunun hələ də lazımi səviyyədə olmadığı iştirakçıların diqqətinə çatdırılıb.
 
 
Sonda klinikaya yeni təyin olunmuş aptek müdiri Arif Mustafayev əməkdaşlara təqdim edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub