Azərbaycanlı həkim beynəlxalq cərrahiyyə konqresində iştirak edir
03.12.2021 09:55
Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı Aynur Səfiyeva XVIII Türk Kolon və Rektal Cərrahiyyə Konqresində iştirak edir.
 
Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə şöbəsinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Aynur Səfiyeva 30 noyabr tarixindən 4 dekabr 2021-ci il tarixinə qədər Türkiyənin Antaliya şəhərində keçirilən XVIII Türk Kolon və Rektal Cərrahiyyə Konqresində, I Türkiyə Beynəlxalq Kolorektal Cərrahiyyə konqresində və XI Kolorektal Cərrahiyyə konqresində iştirak edir. Builki konqres ilk dəfə olaraq beynəlxalq və ikidilli şəkildə təşkil edilmişdir. Konqresin üçüncü günü A. Səfiyevanın “Böyük olmayan kolorektal poliplərdə endoskopik müdaxilələr” mövzusunda təqdimatla çıxış edib.
 
Həmçinin, tədbirdə 2020-ci ilin hamı üçün çox çətin bir il olduğu və bunun hazırda da davam etdiyi bildirilib. COVID-19 pandemiyası dövründə bütün səhiyyə işçiləri, həkimlər və tibb bacılarının bu bəşəri bəlaya qarşı birlikdə mübarizə apardıqları vurğulanıb. Konqres proqramına kolorektal cərrahiyyə tibb bacısı və stoma yaralarına qulluq üzrə kurslar, konfranslar, panellər və interaktiv müzakirələr daxil edilib. Müasir yanaşmaları əhatə edən sessiyaların hər biri yüksəkixtisaslı mütəxəssislər olan 140 yerli və 10 beynəlxalq: Türkiyədən, ABŞ-dan, Almaniyadan, Koreyadan, Çindən, Rusiyadan, Litvadan, Birləmiş Krallıqdan, BƏƏ-dən olan məruzəçilər tərəfindən aparılır.
 
Bundan əlavə, kolorektal cərrahiyyə, stoma və yaralara qulluq sahələrində çalışan həkimlərin şifahi təqdimat sessiyaları keçirilir. İki zalda paralel olaraq davam edən kurslar, videosessiyalar, əsas sessiyalar və bir çox şifahi təqdimatlarla zəngin olan bu konqres unikal bir tədbir kimi yadda qalıb.
 
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub