Zaur Əliyev “Vaksin sertifikatı” ilə 23 ölkə gəzən Fərid Novruzi ilə görüşüb
03.12.2021 09:12
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “Vaksin sertifikatı” ilə 158 gün ərzində 23 ölkə gəzən Fərid Novruzi ilə görüşüb.
 
Aztibb.az xəbər verir ki, görüşdə F.Novruzi “Vaksin sertifikatı”nı Azərbaycanda əldə etdiyini və səyahəti vaxtı heç bir ölkədə problemlə üzləşmədiyini bildirib. F.Novruzi peyvəndin onu COVID-19 virusundan qoruduğuna da inanır: “Səyahət müddətində insanların sıx toplaşdığı yerlərdə oldum. Belə yerlər istənilən virusun yayılması üçün münbit hesab oluna bilər. Ancaq mən virusa yoluxmadım”.
 
Z.Əliyev bildirib ki, ölkədə vaksinasiya üçün hər cür şərait yaradılıb: "Əhalinin sağlamlığının qorunması məqsədilə ən effektiv vaksinlərin ölkəyə gətirilməsi təmin edilib. Əhalinin 4 vaksin növü üzrə peyvənd olunmaq imkanı var. Hazırda kifayət qədər vaksin ehtiyatımız mövcuddur. Vətəndaşların rahat şəkildə vaksinasiyası üçün ölkənin hər yerində məntəqələr təşkil olunub".
 
Görüşün sonunda F.Novruzi Z.Əliyevə xatirə hədiyyəsi təqdim edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub