“Uşaqların maraqları və onların istəklərinin təmin olunması” mövzusunda onlayn tədbir keçirilib
02.12.2021 16:59
Mütəxəssis Şəhla Mirzəzadə “Uşaqların maraqları və onların istəklərinin təmin olunması” mövzusunda onlayn tədbirdə iştirak edib.
 
Aztibb.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə Nizami Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 30 noyabr 2021-ci il tarixində onlayn formatda keçirilən “Uşaqların maraqları və onların istəklərinin təmin olunması” mövzusunda təlimdə iştirak edib.
 
Tədbir Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 27 noyabr 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər Fəaliyyət Planı”nın 5.4 bəndinin 5.4.2-ci alt bəndinə əsasən uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi çərçivəsində təşkil edilmişdir.
 
Mütəxəssis Şəhla Mirzəzadə tədbirdə bildirib: “Müasir dövrdə uşaqların sağlam inkişafı ümumdövlət müstəvisində priorotet olan məsələlərdən biridir. Bu baxımdan onların fiziki, pisixi və sosial cəhətdən sağlam inkişafı üçün onların maraqlarını diqqətlə dinləməli, valideynlər övldlarında sağlam vərdişlər formalaşdırmalı və onları cəmiyyətə sərbəst fərdlər olaraq hazırlamalıdırlar.”
 
Tədbirdə qeyd olunub ki, uşaqların sağlamlığına biganə qalmaq olmaz, elə hallar olur ki, valideynlər vaxtında uşaqlarını tibbi müayinədən keçirmirlər, nəyisə gizlətməyə çalışırlar. Bu da sonda fəsadların yaranmasına səbəb olur. İlk öncə uşaqların sağlamlığı, sonra onların istək və arzularıdır. Tədbirin yekununda uşaqların maraqları və onların istəklərinin təmin olunması istiqamətində bundan sonra da məqsədəmüvafiq işlərin aparılması, müxtəlif məzmunlu maarifləndirici tədbirlərin keçirilməsi qərara alınıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub