Səhiyyə Assambleyasının İkinci Xüsusi Sessiyası keçirilib
02.12.2021 10:26

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının Qərarına uyğun olaraq, noyabrın 29-dan dekabrın 1-dək virtual formatda Səhiyyə Assambleyasının İkinci Xüsusi Sessiyası keçirilib.

 

Sessiya zamanı üzv dövlətlər pandemiyaya hazırlıq və cavab tədbirləri üçün konvensiya, saziş və ya digər beynəlxalq ÜST alətinin hazırlanması məsələsini müzakirə ediblər.

 

Tədbirdə Azərbaycanı səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

 

Çıxış zamanı səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən T.Musayev xatırladıb ki, noyabrın 18-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın Üçüncü Komitəsində Qoşulmama Hərəkatının (QH) sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbul edilib. “Biz Üzv Dövlətlərin İşçi Qrupunun ÜST-nin ictimai səhiyyə ilə bağlı fövqəladə hallara hazırlığını və reaksiyasını təkmilləşdirmək və bu istiqamətdə fəaliyyətin genişləndirilməsini dəstəkləmək səylərini alqışlayırıq”, - deyə Teymur Musayev əlavə etdi.

 

İkinci Xüsusi Sessiyanın işinin nəticələrinə əsasən, ÜST-nin üzv dövlətləri pandemiyaların daha effektiv qarşısının alınması və onlara nəzarət üçün beynəlxalq sənədin yaradılması haqqında qərar qəbul ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub