Dikdaban ayaqqabı ağrısını necə aradan qaldırmaq olar? - SADƏ MƏŞQLƏR
01.12.2021 16:06

Dikdaban ayaqqabılar xüsusilə işləyən qadınların tez-tez üstünlük verdiyi və bir o qədər də şikayət etdiyi amillər arasında ilk sırada gəlir.

 

Qadınlar dikdaban ayaqqabıya alternativ olaraq isə baletlərə üstünlük verir. İstər dikdaban, istərsə də düz, ayağın anatomik quruluşuna uyğun gəlməyən ayaqqabılar başda ayaq sağlamlığı olmaqla hərəkət pozğunluqları yaradaraq bütün bədənin sağlamlığına təsir edir.

 

Aztibb.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klinik pilates üzrə təlimatçı Ayça Kaşıkçı bu təsirlərdən qorunmaq üçün praktik tövsiyələr verib.

 

Hər iki ayaqqabı çeşidinin də risklərini ayrı-ayrılıqda dəyərləndirən A.Kaşıkçının fikrincə, dikdaban ayaqqabı ağırlıq mərkəzini önə doğru itələdiyi üçün başda bel və onurğa sütunu olmaqla diz və baldır əzələlərinə təsir edərək ciddi problemlərin və dayanma pozğunluqlarının yaranması riskini yaradır.

 

Balet ayaqqabılar isə bütün bədənin ağırlığını topuqlara sürüşdürdüyü üçün xüsusilə bilək oynaqlarında, topuqlarda və ayaqlardan yuxarıya doğru istiqamətdə ombalarda ağrıların yaranmasına, ayaq dabanının hamarlaşmasına, sümük çıxmasına və düzdabanlılıq kimi deformasiyalara səbəb ola bilər. Sağlam bir bədən duruşunun ayaqların yerə sağlam basılmasından keçdiyini vurğulayan A.Kaşıkçının sözlərinə görə, iş və günlük həyatda dikdaban  ayaqqabılardan və ya baletlərdən istifadəni dayandıra bilmiriksə, ayaq və bilək məşqlərini etməkdə fayda var. 

 

Ayağınızı yerə sağlam basın

 

Ayaqüstdə, ayaqlarınız yerə möhkəm basılı vəziyyətdə topuqlarınızın üzərində irəli-geri hərəkət etmək, 10 addım irəli, 10 addım geriyə doğru gəzmək, tək ayaq üzərində sağa-sola doğru tullanmaq əsas hərəkətlərin başında gəlir. Bununla yanaşı, baldırları qüvvətləndirən bütün hərəkətlər də ayaq sağlamlığının qorunmasına yardımçı olur.

 

Ayaqlarınızı masaj edin

 

Ayaqları masaj etmək də faydalıdır. Hər gün bir əlinizlə digər ayağınızın daban çuxuruna dairəvi hərəkətlərlə yüngül təzyiq göstərərək masaj etsəniz həm ayaqlarınızı rahatlatmış, həm də ayaq sağlamlığınızı qorumuş olacaqsınız.

 

Topuqlarınızı da rahatladın 

 

Topuqlarınızı rahatladan və ön ayağı çalışdıran hərəkətlər də dikdaban ayaqqabıların yol açdığı narahatlıqlara qarşı əhəmiyyətlidir. Xüsusilə evdə son dərəcə asan edilə biləcək hərəkətlər isə bunlardır:

 

- Düz bir zəmində ayaqlarınızı düz uzadaraq oturun. Kürəyinizi düz tutmağa çalışaraq ayaqlarınızı topuq hissədən yuxarı-aşağı 10 dəfə oynadın. Bunu edərkən ayaqlarınız yerdən yüngülcə qalxmış vəziyyətdə olsun. Topuqlarınızı yuxarıya doğru qaldığınız zaman baldır əzələlərinizin, aşağıya doğru saldığınız zaman ön alt ayaqlarınızın (qaval sümüyü) əzələlərinizn çalışdığını hiss edin.

- Mövqeyi qoruyaraq elastik pilates bantını, dəsmalı və ya bir kəməri əvvəl sağ ardından sol ayağınızın dabanının altından keçirərək, ayağınızı yüngülcə yerdən qaldırın (3-5 sm) və özünüzə doğru çəkin, 20-30 saniyə bu mövqedə dayanıb buraxın.

- Eyni mövqedə ayaq barmaqlarınızı kiçik barmağınızdan başlayaraq baş barmağınıza doğru bir-bir açın, sanki bir topu ayaq barmaqlarınızla tutmağa çalışın. Əvvəlcə barmaqlar bir-birindən çətin ayrılacaqlar, ancaq məşqləri öyrəndikcə qüvvətlənəcəklər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib