İsrailli mütəxəssislər həkim-cərrahlarım;zı yeni üsulla tanış edib        
30.11.2021 14:36
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında həkim-cərrahlar və rezidentlər üçün seminar keçirilib.
 
Aztibb.az xəbər verir ki, seminarı giriş sözü ilə klinikanın direktor müavini, professor Davud Pənahov açaraq tədbirdə iştirak edən İsrailin “Graftin international” və “3R Med Ltd” şirkətlərinin nümayəndələrini – Nitzan Hardufu, Marina Kuzini, Ben İshak Solomonu iştirakçılara təqdim edib. Bildirib ki, bugünkü seminarda qonaqlar təmsil olunduqları şirkətlərin istehsal etdikləri məhsullar və cərrahi əməliyyatlar zamanı tətbiq edilən üsullar barədə ətraflı məlumat verəcəklər.
 
Daha sonra Nitzan Hardufu çıxış edərək “Graftin international"-ın tibb sahəsinə aid xüsusi məhsullar istehsal edən şirkət olduğunu bildirib. O, cərrahi əməliyyatlar zamanı tətbiq edilən məhsullar və üsullardan danışıb.
 
Qonaq gec sağalan və o cümlədən şəkərli diabet zamanı əmələ gələn xroniki yaraların müalicəsində istifadə olunan üsul - Actigraft barədə məlumat verib. Qeyd edib ki, bu üsulu gec sağalan xroniki yaralar, dərinin təzələnməsi, qeysəriyyə əməliyyatları və s. yaralarda tətbiq etmək olar: "Çox effektivdir, dəri zədələnmələri və çapıq zamanı heç bir iz qalmır".
 
N.Hardufu, həmçinin Actigraftın tətbiqi zamanı mərhələlərin ardıcıllığı barədə iştirakçıları məlumatlandırıb və belə bir üsulun Azərbaycanın həkim-cərrahları tərəfindən tətbiqinin uğuru və əhəmiyyətinə toxunub.
 
Seminar sual-cavab və işgüzar şəraitdə öz işini başa vurub.
 
Qeyd edək ki, seminarda ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Tədris Cərrahiyyə Klinikasının rezidentlər üzrə məsul şəxsi, assistent Namiq Xəlilov da iştirak ediblər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub