Kliniki Tibbi Mərkəzdə kadr təyinatı olub
30.11.2021 11:48

Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsinə müdir təyin olunub.

 

Bu barədə Aztibb.az-a Mərkəzdən məlumat verilib.

 

Bildirilib ki, tibb müəssisəsinin Neyrocərrahiyyə şöbəsinin müdiri vəzifəsinə tibb üzrə fəlsəfə doktoru, uzman-neyrocərrah Fərid Qaralov təyin olunub.

 

Qeyd edək ki, Fərid Qaralov 1982-ci il martın 12-də Bakı şəhərində anadan olub. 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) Müalicə işi fakültəsində təhsil alıb. 2006-2012-ci illərdə təhsilini Türkiyənin EGE Universitetində "Neyrocərrahiyyə" ixtisası üzrə davam etdirib. 2012-ci ildən ATU-nun Neyrocərrahiyyə kafedrasının assistenti, daha sonra ATU-nun Tədris Cərrahiyyə Klinikasında Neyrocərrahiyyə şöbəsinin müdiri və uzman-neyrocərrah kimi fəaliyyət göstərib.

 

F.Qaralov bir çox beynəlxalq, yerli neyrocərrahi konfrans və kurslarda iştirak edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub