D vitamininin koronavirusun müalicəsində effektivliyi sübuta yetirilib 
28.11.2021 22:52

Alimlər D vitamini əlavəsinin COVID-19 xəstəliyinin şiddətinə təsiri ilə bağlı araşdırma aparıblar.

 

Aztibb.az xəbər verir ki, COVID-19 səbəbiylə xəstəxanaya yerləşdirilən xəstələrin ani olaraq D vitamini səviyyəsi ölçülüb. İntensiv olaraq D vitamini səviyyəsi aşağı olan xəstələrin 14 gün ərzində vitamin səviyyələri bərpa edilib.  

 

Müşahidə tədqiqatı zamanı 867 koronavirus xəstəsinin məlumatları retrospektiv olaraq təhlil edilib. Onlardan 163-nə vitamin D əlavələri verilib, digərlərinə verilməyib.  

 

D vitamini qəbul etməyənlərlə müqayisədə D vitamini qəbul edənlərin reanimasiya şöbəsi də daxil olmaqla xəstəxanada qalma müddətinin daha qısa olduğu öyrənilib.


Tədqiqatdan əldə olunan nəticə budur ki, D vitamini əlavəsi COVID-19 zamanı vacibdir və əlavə edilməli olan dərman qrupuna daxil edilməlidir. Tədqiqatda D vitamini əlavəsinin COVID-19-dan ölüm nisbətini 2,14 dəfə, 8 gündən çox xəstəxanada qalma müddətini isə 1,9 dəfə, yəni yarıya qədər qısaltdığı müşahidə olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib