Dünyada icra edilən bütün kardioloji əməliyyatlar Azərbaycanda da həyata keçirilir
27.11.2021 12:28

Azərbaycan Kardiologiya Cəmiyyətinin tərkibində olan müxtəlif çalışma qruplarından biri də invaziv çalışma qrupudur. İnvaziv çalışma qrupu dedikdə əməliyyatsız yolla icra edilən bütün əməliyyatların birləşdiyi qrup başa düşülür. Azərbaycanda bütün kardioloqların iştirak etdiyi konfranslar hər il keçirilsə də, məhz invaziv kardioloqların iştirakı ilə baş tutan bugünkü konfrans üçüncü belə toplantıdır. İnvaziv konfranslar dünyanın bir sıra ölkələrində əməliyyatxana otaqlarında icra edilən anju və ya stend əməliyyatlarının görüntüsü ilə birbaşa yayımlanır. Digər iki toplantıdan fərqli olaraq, bu gün keçirilən üçüncü konfrans zamanı biz də həkimlərin toplandığı zala birbaşa əməliyyat otağından canlı bağlantı edə bilirik. Bugünkü konfrans Azərbaycan, Türkiyə, Özbəkistan və İsraildən canlı yayımlanır. Konfransın əsas məqsədi xüsusilə son dövrlər aparılan uğurlu siyasət nəticəsində regionda çox önəmli rola malik Azərbaycanın coğrafi üstünlüyündən istifadə edərək ətrafdakı bütün elm ocaqları elmi tədbirlər vasitəsilə Azərbaycana toplamaqdır. Bunun nəticəsidir ki, invaziv kardioloqların üçüncü toplantısında ümumilikdə 9 ölkədən 73 məruzəçi iştirak edir.

 

Bu sözləri Azərbaycan Kardiologiya Cəmiyyətinin İnvaziv işçi qrupunun sədri Üzeyir Rəhimov Azərbaycanın invaziv kardioloqlarının üçüncü toplantısında deyib.

 

İnvaziv kardioloq bildirib ki, konfransda 9 ölkənin iştirakı çox önəmli göstəricidir: "İnanıram ki, COVID-19 pandemıyası başa çatdıqdan sonra iştirakçı ölkələrin və məruzəçilərin sayı daha da çox olacaq. Həmçinin onu da qeyd edim ki, bugünkü konfrans üçün 400 nəfər iştirakçı qeydiyyatdan keçib. Ümumiyyətlə digər ölkələrdə baş tutan canlı yayımlar nəticəsində Azərbaycan tibbinin həmin ölkələrdə tanıdılması gələcəkdə oflayn olaraq keçiriləcək tədbirlərin daha genişmiqyaslı təşkilinə səbəb olacaq".

 

Ü.Rəhimovun dediyinə görə, 2000-ci ilin əvvəllərində Azərbaycanın iqtisadi cəhətdən müəyyən qədər toparlanması və ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Mərkəzi Klinikanın açılması nəticəsində tibbin inkişafına şərait yaranması invaziv kardiologiyanın da inkişafını şərtləndirdi: "Hazırda Azərbaycanın 4 böyük şəhərində kardiologiya sahəsinə dair əməliyyatlar icra edilir. Onu da qeyd edim ki, hazırda dünyada ürək-damar xəstəlikləri ilə bağlı icra edilən, demək olar ki, bütün əməliyyatlar Azərbaycanda da həyata keçirilir. Halbuki uzun illər əvvəl yalnız diaqnostik əməliyyatların, xırda prosedurların icrası mümkün idi. Təbii ki, bu, həm də o dövrün tələbi ilə bağlı idi. Ümid edirəm ki, invaziv kardiologiya hər keçən il daha da inkişaf edəcək".

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Mərkəzi Klinika vakansiya elan edir
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində