Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı beynəlxalq konfransda iştirak edir
27.11.2021 12:05
Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin uzman uşaq cərrahı Vüsal Cəfərov Türkiyənin istanbul şəhərində “Uşaqlarda döş qəfəsi deformasiyalarının cərrahi və qeyri-cərrahi – vakuum üsulu ilə müalicəsi” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edir.
 
26-27 noyabr 2021-ci il tarixlərini əhatə edən konfransda dünyanın müxtəlif ölkələrinin aparıcı tibb müəssisələrinin yüksəkixtisaslı torakal və uşaq cərrahları iştirak edirlər.
 
Aztibb.az xəbər verir ki, tədbirdə beynəlxalq ekspertlər uşaqlarda döş qəfəsinin deformasiyasının səbəbləri, formaları və bu xəstəliyin həm cərrahi, həm də qeyri-cərrahi yolla aradan qaldırılması, vakuum üsulu ilə xəstəliyin müalicə yolları və digər aktual məsələlər barədə təqdimatlarla çıxış edirlər. İki gün davam edəcək konfransda həmçinin, Poland sindromu, qarışıq deformasiyalarda cərrahi müdaxilə, mürəkkəb vəziyyətlərdə Nuss əməliyyatı, döş qəfəsində Abramson əməliyyatı və s. kimi maraqlı mövzular ətrafında məruzələr dinləniləcək.
 
Konfransın birinci günü Prof. Dr.Mustafa Yüksel və Prof. Dr. Nürettin Yiyit tərəfindən icra olunan iki Nuss və bir Bar Çek əməliyyatları canlı olaraq izlənilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub