Pandemiyada yeni təhlükə - Nu variantı
26.11.2021 18:30
Koronavirusun yeni təhlükələri artırmaqdadır. Peyvəndlə mübarizəyə baxmayaraq, təsirini artırmağa davam edən virus bu dəfə mutasiyalar və variantlarla ortaya çıxır.
 
Aztibb.az xəbər verir ki, alimlər Afrikanın cənub ölkəsi Botsvanada COVID-19-un yeni mutasiyaya uğramış variantını aşkar ediblər. Rəsmi olaraq B.1.1.529 kodu ilə tanınan bu variant “Nu variantı” adlandırılıb.
 
Mütəxəssislər bu variantda 32 fərqli mutasiyanın aşkar edildiyini və bu virusun koronovirus peyvəndlərinə qarşı daha davamlı ola biləcəyini açıqlayıb.
 
London Kolleci Universitetinin alimi, professor Fransua Balloux indiyədək virusun üç fərqli ölkədə tapıldığını bildirib: "Bu variant yəqin ki, diaqnozu qoyulmamış QİÇS xəstəsinə keçdikdən sonra mutasiyaya uğrayıb".
 
Virusun hazırda qeyri-sabit olduğunu və bunun xəstəliklə mübarizədə daha böyük çətinlik yarada biləcəyini izah edən mütəxəssislər onu da bildirib ki, Botsvanada 3, Cənubi Afrikada isə 6 hal aşkarlanıb. Xəstəlik Honq-Konqda yaşayan 36 yaşlı kişidə də tapılıb.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib