Gənclərin reproduktiv sağlamlığının qorunmasına dair maarifləndirmə tədbiri keçirildi
25.11.2021 15:21
Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə təhsil müəssisələrində yeniyetmə və gənclərin sağlam həyat tərzi, reproduktiv sağlamlıq və ailə planlaşdırılmasına dair biliklərinin artırılması, təhlükəsiz cinsi davranış vərdişlərinin formalaşdırılması istiqamətində növbəti maarifləndirmə tədbiri keçirildi. 24 noyabr 2021-ci il tarixdə Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin tələbələri üçün “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda tədbir keçirildi.
 
Aztibb.az xəbər verir ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi, həkim Zümrüd Kazımova geniş təqdimatla çıxış edərək, reproduktiv sağlamlığın əsas amillərindən, zərərli vərdişlərdən uzaq olmağın və fərdi gigiyena qaydalarına riayət etməyin vacibliyindən söz açdı. O, gənclərə ailə planlaşdırılması və müasir kontraseptiv üsullar barədə ətraflı məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırdı.
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva çıxış edərək, gənclərin həyatında reproduktiv sağlamlıqla bağlı yaşanan problemlərdən, erkən nikahların fəsadlarından bəhs etdi.
 
Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib