Tibb işçilərinin təcili vəziyyətlərə sistemli yanaşma üzrə potensialını artırmaq məqsədilə təlim keçirilib
25.11.2021 14:39
Ümumdünya Səhiyyə Təşkilatının Ölkə ofisi 15-20 noyabr tarixində “Təcili tibbi yardım xidmətlərinin koordinasiyalı çatdırılmasına dair milli potensialın gücləndirilməsi” layihəsi çərçivəsində “Təməl təcili yardım” (Basic Emergency Care) və “Təlimçilər üçün təlim” təşkil edib.
 
Nəzəri və praktiki hissələrdən ibarət olan təlimin əsas məqsədi yerli tibb işçilərinin təcili vəziyyətlərə sistemli yanaşma üzrə potensialını artırmaq və yerli təlimçi bazasının əsasını qoymaq olub.
 
Təcili Yardım üzrə Beynəlxalq Federasiyanın 5 beynəlxalq təlimçisinin apardığı təlimlərdə 25 nəfər iştirak edib, onlardan 10-u “Təlimçilər üçün təlim”ə dəvət olunub.
 
“Təlimçilər üçün təlim”i müvəffəqiyyətlə tamamlayan iştirakçılar arasından seçilmiş 5 nəfər isə ölkədaxili təlimlər keçmək hüququ qazanaraq 22-26 noyabr tarixlərində 30 iştirakçıya “Təməl təcili yardım” kursunu tədris edəcəklər.
 
Daha iki yerli təlimdən sonra onlar beynəlxalq təlimlər keçmək hüququ qazanacaqlar.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib