Mərkəzi Gömrük Hospitalında rezidentlərlə görüş keçirilib  
25.11.2021 12:38
Mərkəzi Gömrük Hospitalında rezidentura təhsili alan rezidentlərlə görüş keçirilib.
 
Aztibb.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d. dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımova, Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisləri və rezidentlər iştirak ediblər.
 
Əvvəlcə Dr. İsmayıl Əfəndiyev çıxış edərək Mərkəzi Gömrük Hospitalında rezidenturaya yeni qəbul olunmuş rezidentləri təbrik edib, onların yüksəkixtisaslı həkim kimi yetişməsi, elmi araşdırmalar aparması üçün yaradılan şəraitdən danışıb. Beynəlxalq mübadilə proqramlarında iştirak imkanları barədə məlumat verən rəis müavini tədris proqramının faydalı yerinə yetirilməsi və kuratorlarla münasibətlərin düzgün qurulması istiqamətində rezidentlərə məsləhətlər verib.
 
İsmayıl Əfəndiyev, həmçinin Mərkəzi Gömrük Hospitalında təhsil alan rezidentlərin öz sahələri üzrə xarici ölkələrdə və ölkədaxili konfranslarda, konqreslərdə, rotasiyalarda iştirak etmək üçün Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin göstərəcəyi dəstəkdən də danışıb. O, rezidentlərə elmi konfranslarda fəal iştirak etmələrini, elmi işlərdə aktiv olmalarını tövsiyə edib. 
 
Daha sonra Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımova çıxış edərək rezidentlərə xarici ölkə universitetlərində rotasiyalar üçün müraciət qaydalarını izah edib. O, Mərkəzi Gömrük Hospitalının Azərbaycan səhiyyəsində xüsusi yer tutduğunu bildirib və burada həyata keçirilən unikal əməliyyatlar barədə məlumat verib.
 
Tədbirin sonunda rezidentlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
 
Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalında 2018-ci ildən yaradılmış rezidentura təhsilinin əsas məqsədi gələcəkdə işinin peşəkarı, yüksək nəzəri və təcrübi biliklərə malik savadlı həkimlər yetişdirməkdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib