Pandemiya dövründə uşaqların sağlamlığı məsələləri müzakirə edilib
25.11.2021 08:53

Bakıda pediatr, neonatoloq və rezidentlərin iştirakı ilə “Sağlam gələcək-2” konfransı keçirilib.

 

Konfrans praktik həkimlərə qardaş Türkiyədə uşaqlarda yeni növ koronavirus (COVID-19) infeksiyasının gedişi xüsusiyyətləri, D vitaminin verilməsinə və digər problemlərə yanaşmanı öyrənmək və müqayisə etmək üçün imkanlar yaradıb.

 

Konfransa dəvət olunmuş Türk Milli Pediatriya Cəmiyyətinin İdarə Heyətinin üzvü, Ankara Universitetin Tibb fakültəsinin neonatologiya və pediatriya kafedrasının professoru Ömər Erdeve “COVID-19 pandemiyası dövründə yeni doğulmuş uşaqlar və onların inkişafı” və “Uşaqların qidalanmasında və inkişafında izlənməli olan təməl qaydalar” mövzusunda məruzələri ilə çıxış edib.

 

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Nigar Hacıyeva “D vitamin haqqında həqiqətlər” mövzusundakı çıxışında D vitaminin tədqiqatlarda yeni aşkarlanan təsirləri və onun uzun müddətli istifadəsinin nəticələri haqqında məlumat verib.

 

“Leyla Medical Center” xəstəxanasının pediatriya şöbəsinin müdiri Yalçın Mirzəyev “İnək südü və protein allergiyası” məruzəsi ilə çıxış edib.

 

Mövzular ətrafında diskussiyalar aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib