“Təhlükəsiz reproduktiv sağlamlıq davranışları və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması” mövzusunda tədbir keçirilib
24.11.2021 16:33
Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində təhsil müəssisələrində növbəti maarifləndirmə tədbiri keçirilib.
 
Aztibb.az xəbər verir ki, Lənkəran Peşə Liseyi, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbələri üçün təşkil olunan tədbir “Təhlükəsiz reproduktiv sağlamlıq davranışları və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması” mövzusuna həsr olunub.
 
Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin baş məsləhətçisi Nailə İbrahimova çıxış edərək gənclərin həyatında reproduktiv sağlamlıqla bağlı yaşanan problemlərdən, ailə planlaşdırılmasının vacibliyindən və erkən nikahların fəsadlarından bəhs edib.
 
Sonra Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Zümrüd Kazımova geniş təqdimatla çıxış edib. O, sağlam həyat tərzinin əsas amilləri və zərərli vərdişlərin sağlamlığa təhlükəli təsirləri, eləcə də reproduktiv sağlamlıq barədə ətraflı məlumat verib.
 
Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib