Rusiyadan olan mütəxəssislər Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyəti ilə tanış olublar
24.11.2021 10:56

Qida Təhlükəsizliyi İnstitutunda Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor) strukturuna daxil olan Respublika Fumiqasiya Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib.

 

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən verilən məlumata görə, görüşdə qida təhlükəsizliyi sahəsində səmərəli əməkdaşlıq münasibətlərindən, xüsusilə də bitki sağlamlığı üzrə birgə təcrübə mübadiləsinin genişləndirilməsindən bəhs edilib.

 

Təşkilatın rəhbəri Taqir Astemirov, onun köməkçisi Polina Şer və xarici mütəxəssis Volker Veisinə Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyət istiqaməti və nəzdindəki laboratoriyalar barədə ətraflı məlumat verilib.

 

Görüş çərçivəsində laboratoriyaların maddi-texniki bazası, kadr potensialı, beynəlxalq təşkilatlarla əməkdaşlığı, dünyanın qabaqcıl ölkələrinin laboratoriyalarının təmsil olunduğu səriştəlilik sınaqlarında əldə edilmiş ciddi uğurlar nümayəndə heyətinin diqqətinə çatdırılıb.

 

Nümayəndə heyəti iş prinsipini öyrənmək məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun tabeliyində fəaliyyət göstərən laboratoriyalara baxış keçirib. Laboratoriyaların maddi-texniki bazası, eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə aparılan müayinə üsulları, ekspertiza və tədqiqat xidmətləri, sınaqları ilə yaxından tanış olub, fikir mübadiləsi aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib