Rusiyalı plastik cərrah “Tibbi kosmetologiya” kursunda təlim keçib
23.11.2021 09:49

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Rusiya Həkimlərin Fasiləsiz Təhsili Tibb Akademiyası Respublika Diaqnostika Mərkəzinin bazasında Azərbaycanda ilk dəfə olaraq birgə keçirdikləri “Tibbi kosmetologiya” ixtisası üzrə altıaylıq hazırlıq kursu uğurla davam edir.

 

İnstitutun mətbuat xidmətindən verilən məlumata görə, kurs “Tibbi kosmetologiya” ixtisası üzrə fəaliyyət göstərən həkimlərin təhsil və peşə ehtiyaclarının ödənilməsi, bilik və təcrübi vərdişlərinin mənimsənilməsinin və müasir standartlara uyğunluğunun təmin olunması məqsədi daşıyır.

 

Kursda növbəti praktiki məşğələləri Bakıya ezam olunmuş Rusiya Plastik Rekonstruktiv və Estetik Cərrahlar Cəmiyyətinin üzvü, Rusiya Həkimlərin Fasiləsiz Təhsili Tibb Akademiyasının plastik və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, tibb elmləri namizədi Svetlana Surovıx Respublika Diaqnostika Mərkəzində aparıb. Kurs müddətində qeyri-invaziv və invaziv, həmçinin aparat metodlarından istifadə edərək müalicə prosedurlarının aparılması bacarıqları öyrədilib.

 

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib