Alimlər depressiya və stressi “bloklamağın” yolunu tapıblar  
22.11.2021 11:15

Neyroloqlar depressiya və narahatlıqla əlaqəli beyin reseptorunu müəyyən edib və onun strukturunu ətraflı tədqiq ediblər. Müəlliflər siçanlar üzərində apardıqları təcrübələrdə müşahidə ediblər ki, bu reseptorun bloklanması xroniki stress və depressiyanı aradan qaldırır. Araşdırmanın nəticələri “Science” jurnalında dərc olunub.

 

Bu barədə Aztibb.az "RİA Novosti"yə istinadən xəbər verir.

 

Floridanın Skripps Tədqiqat İnstitutunun alimləri aşkar ediblər ki, beyin hüceyrəsi reseptoru “GPR158” ağır depressiv pozğunluqları olan insanların prefrontal korteksində təəccübləndirici şəkildə yüksək konsentrasiyalarda mövcuddur. Onlar müəyyən ediblər ki, xroniki stressə məruz qalan siçanların da beyin qabığında bu reseptorun səviyyəsi artıb və oraya təzyiq etdikdə heyvanlar sakitləşib və stressə daha davamlı olub.  

 

Tədqiqat müəllifləri ABŞ, Böyük Britaniya və Hindistanın digər institut və universitetlərindən olan həmkarları ilə birlikdə reseptorun strukturunu atom səviyyəsində tədqiq ediblər. Bu, gələcəkdə terapevtik vasitələr hazırlamağa imkan verəcək. “GPR158”in bloklanmasına əsaslanan depressiya və müxtəlif əhval pozğunluqlarının müalicəsi üçün bu böyük nailliyyət ola bilər.

 

Skripps İnstitutunun Nevrologiya şöbəsi artıq on ildən artıqdır ki, bu reseptorun tədqiqi ilə məşğul olur və onun biologiyasını kifayət qədər yaxşı dərk edib.

 

Müəlliflər gələcək problemlərini depressiyaya qarşı mübarizə üçün aşağı molekulyar çəkili terapevtik agentlərin yaradılması məqsədilə istifadə edəcəklər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib