“Düz bağırsaq törəmələrinin müalicəsində müasir yanaşma” elmi-praktiki konfransı keçirilib 
22.11.2021 10:46
Respublika Diaqnostika Mərkəzinin (RDM) təşkilatçılığı ilə “Düz bağırsaq törəmələrinin müalicəsində müasir yanaşma” mövzusunda elmi-praktiki konfrans keçirilib.
 
Aztibb.az xəbər verir ki, konfrans hibrit formatda baş tutub.
 
Tədbir iştirakçıları RDM-in yeni istifadəyə verilmiş OR 1 Storz inteqrə əməliyyat salonunda canlı icra olunan cərrahiyyə prosesini ən xırda detalına kimi yüksək keyfiyyətli yayım imkanları ilə izləmək və müzakirələr aparmaq fürsəti əldə ediblər.
 
Cərrahiyyənin ən mürəkkəb sahələrindən hesab edilən, aşağı yerləşimli düz bağırsaq xərçənginə görə, RDM-ın uzman-cərrahı İlqar İsmayılov tərəfindən canlı yayımda laparoskopik əməliyyat icra edilib.
 
Konfransda Türkiyə Gülhanə Hərbi Tibb Akademiyasının professoru Sezai Demirbaş və Moskvadan qatılan professor Zaman Məmmədli ekspert mühazirələri ilə bu mövzuda olan yenilikləri izləyicilərlə paylaşıblar.
 
Qeyd edək ki, RDM müasir standartlarlara cavab verən tibbi xidmət təqdim etməklə yanaşı, elmi-araşdırma və təlim fəaliyyətlərini də dəvamlı olaraq genişləndirməyi hədəfləyir. Keçirilən konfrans bu mərkəzin mütəxəsis potensialını nümayiş etdirməklə bərabər ölkə səhiyyəsinə öz töhfəsini verib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib