Biologiya, aqrar və tibb elmləri üzrə Problem Şurasının iclasında 36 dissertasiya işi müzakirə olunub
22.11.2021 10:03

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, aqrar və tibb elmləri üzrə Problem Şurasının 11-ci iclası keçirilib. 

 

İclası AMEA-nın vitse-prezidenti, şuranın sədri, akademik İradə Hüseynova açaraq gündəlikdə duran məsələlər barədə iclas iştirakçılarını məlumatlandırıb.

 

Tədbirdə biologiya və aqrar elm sahələri üzrə 36 dissertasiya işinin (biologiya üzrə 30, aqrar elm üzrə 6 iş) mövzuları təsdiq üçün müzakirəyə çıxarılıb. Dissertasiya mövzularını botanika işçi qrupu üzrə b.e.d., professor Səyyarə İbadullayeva, fiziki-kimyəvi biologiya üzrə b.ü.f.d. Səbinə Ömərova, aqrar elmlər üzrə a.e.d., professor Mustafa Mustafayev təqdim ediblər.

 

Akademik İradə Hüseynovanın rəhbərliyi ilə keçirilən geniş müzakirələrdə həm problem şurasının, həm də işçi qruplarının üzvləri fəal iştirak ediblər.

 

Müzakirələrin gedişində qarşıya çıxan suallara aydınlıq gətirmək üçün iddiaçılar və müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri “Zoom” proqramı üzərindən iclasa qoşulublar.

 

Müzakirəyə çıxarılmış 36 işdən 33 iş müsbət qiymətləndirilərək (bəzi mövzuların adında dəyişikliklər edilməklə) qəbul olunub, biologiya elmləri üzrə 3 iş təkrar baxılmaq üçün geri qaytarılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub