Bütün koronaviruslara qarşı tək peyvənd - Növbəti addım 
20.11.2021 20:55

Elm adamları bütün növ koronaviruslara qarşı qoruya biləcək tək bir peyvənd əldə etmək üçün illərdir axtarışdadır. Bu yaxınlarda aparılan bir araşdırma bu məqsədə bir addım daha yaxın olduğunu ortaya qoydu.

 

Aztibb.az xəbər verir ki, alimlər peyvənd və ya təbii olaraq koronavirusa qarşı immuniteti olan insanların digər oxşar koronaviruslara da qarşı immunitet qazandırdıqlarını aşkar ediblər. Hesab olunur ki, bu yeni tapıntılar "bütün növ koronavirusa qarşı tək peyvənd üçün əsas verir".

 

Koronaviruslar yuxarı tənəffüs yollarının xəstəliklərinə səbəb olan böyük bir virus ailəsidir. İndiyədək onlardan yeddisi insanlarda aşkar edilib.

 

Aşkar edilmiş koronaviruslardan dördü ciddi xəstəliyə səbəb olmur, üçü isə ciddi xəstəliklə yanaşı ölümə də səbəb olur. Bunlar SARS-CoV-1, MERS və SARS-CoV-2-dir.

 

20 ilə yaxındır ki, yuxarıda qeyd olunan üç virus epidemiyalara səbəb olur. Müxtəlif peyvəndlər COVID-19-un qarşısının alınmasında effektivliyini göstərərək, infeksiyaların və ölümlərin sayını əhəmiyyətli dərəcədə azaltmağa kömək edir. Bununla belə, bu vaksinlərin digər koronaviruslara qarşı da qoruyucu olub-olmadığı hələ məlum deyil.  

 

Yeni araşdırma ilə alimlər koronavirus ailəsi üçün tək peyvəndin olmasına və gələcək pandemiyaların qarşısının alınmasına bir addım daha yaxınlaşdıqlarını düşünürlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib