Teymur Musayev bir neçə xarici qurumun nümayəndələrini qəbul edib
19.11.2021 16:35

Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev ÜST-nin Azərbaycandakı ofisinin, Türkiyə Səhiyyə Nazirliyinin və Ege Universitetinin nümayəndələrini qəbul edib.

 

Aztibb.az xəbər verir ki, tədbirdə Teymur Musayev ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən tibb sahəsində qarşılıqlı faydalı əlaqələrin mövcudluğunu vurğulayıb.

 

Görüşdə Azərbaycanda Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinin gücləndirilməsi, xəstəxanaya qədər və xəstəxana daxili təcili yardım xidmətlərinin, fövqəladə vəziyyətlərdə tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində əməkdaşlıq müzakirə olunub.

 

Bundan əlavə, təcili tibbi yardım stansiyalarının yenilənməsi və funksional sahələrinin genişləndirilməsi, xəstəxanaya qədər tibbi müdaxilələrin beynəlxalq protokollara uyğunlaşdırılması təklif olunub.

 

Bölgələrdə xidmət göstərən bütün təcili tibbi yardım maşınlarının fövqəladə hallar və təxirəsalınmaz vəziyyətlərdə Mərkəz stansiya tərəfindən təmin olunması, xəstəxanaya qədər təcili tibbi yardım xidmətlərində çalışan tibb işçilərinin Türkiyə təcrübəsindən yararlanması, təməl proqramlarının başladılması və inkişaf etdirilməsi məsələləri müzakirə edilib.

 

Sonda nümayəndə heyətinin təkliflərini dinləyən səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev bu əməkdaşlığın gələcəkdə uğurlu olacağına inamını ifadə edib. O, Təcili və Təxirəsalınmaz Tibbi Yardım işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məsələlərinin daim diqqətdə saxlanıldığını qeyd edib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub