Şamaxı Müalicə Diaqnostika Mərkəzində YAP-ın 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib
19.11.2021 14:27
Noyabrın 19-da Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 29-cu ildönümü ilə əlaqədar olaraq “Şamaxı Müalicə Diaqnostika Mərkəzi”ndə tədbir keçirilib.
Aztibb.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Vəlixan Qarayev öncə Yeni Azərbaycan Partiyasının yaradılması, fəaliyyət dövrü və strateji hədəflərindən danışıb. O, YAP-ın Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaradıldığını qeyd edib. Bildirib ki, xalqımızın dahi oğlu, böyük təcrübəyə malik ümummilli lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvanda partiyanın təsis konfransını keçirməyə nail olmuşdur.
YAP sədri qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində işğal altında qalan torpaqlarımızı düşməndən azad etdi. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi: "Ölkə başçısı İlham Əliyev bəzi ölkələr və onların media qurumlarının suallarına verdiyi təmkinli, soyuqqanlı cavablarla onları susdurmuş və Azərbaycanın bu mübarizədə haqlı olduğunu bir daha bütün dünyaya faktlarla sübut etmişdir".
Daha sonra Mərkəzin direktor müavini - baş həkimi Rəfahət Zairov çıxış edərək Yeni Azərbaycan Partiyasının fəaliyyətinin mühüm istiqamətlərindən biri olan seçkilərdə yaxından və fəal şəkildə iştirak etdiyini deyib. O, ötən illər ərzində Azərbaycanda keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının böyük uğurlarından söz açıb, bir xalq olaraq yekdilliklə ölkə əhalisinin böyük əksəriyyətinin hakim partiya ətrafında sıx birləşdiyini vurğulayıb.
Daha sonra Mərkəzin insan resursları şöbəsinin müdiri, Yap Şamaxı Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini Simral Mahmudov çıxış edib. O, 2009-cu ildən hakim partiyanın üzvü olduğunu, həmçinin YAP Şamaxı Rayon Təşkilatı adından 2019-cu ilin 23 dekabrında keçirilən Bələdiyyə seçkilərində namizədliyini irəli sürdüyünü, nəticədə qaliblərdən biri olduğunu bildirib.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

