Səhiyyə Nazirliyinin nümayəndələri Moskvada keçirilən tədbirdə iştirak ediblər
19.11.2021 13:44

18-19 noyabr 2021-ci il tarixlərində Rusiya Federasiyasının (RF) paytaxtı Moskva şəhərində ÜST-ün Avropa regional ofisi tərəfindən 9 Şərqi Avropa və Mərkəzi Asiya ölkəsinin (Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya Federasiyası, Tacikistan, Özbəkistanın və Ermənistan) milli məktəb səhiyyə sistemlərinin yaxşılaşdırılması layihəsinin yekun toplantısı keçirilib.

 

Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Federal Dövlət Muxtar Qurumunun (FDMQ) “Milli Uşaq Sağlamlığının Tibbi Tədqiqat Mərkəzi”ndə təşkil olunan tədbirdə 9 Şərqi Avropa və Mərkəzi Asiya ölkəsinin milli nümayəndə heyətləri, həmçinin Rusiyanın səhiyyə və təhsil nazirliklərinin, FDMQ “Milli Uşaq Sağlamlığının Tibbi Tədqiqat Mərkəzi”nin, ÜST-ün Avropa regional ofisinin əməkdaşları, eləcə də SHE (School Health Education, Sağlamlığı təşviq edən məktəblər) şəbəkəsinin katibliyi iştirak ediblər.

 

ÜST-ün layihəsinin yekun toplantısında ölkəmizi Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova, Sağlamlığı təşviq edən məktəblər layihəsinin ölkə üzrə milli koordinatoru Səbinə Babazadə, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) şöbə müdiri İnara Makayeva və mərkəzin həkim-metodisti Sevinc Zeynallı təmsil ediblər.

 

Konfrans layihədə iştirak edən 9 Şərqi Avropa və Mərkəzi Asiya ölkəsində məktəb səhiyyə xidmətlərinin öyrənilməsinin nəticələrinin nəzərdən keçirilməsi, təkmilləşdirilməsi üçün sahələrin müəyyən edilməsi, ÜST-ün Avropa regionu ölkələrində milli məktəb səhiyyə sistemlərini qiymətləndirmək üçün sorğudan istifadə təcrübəsinin öyrənilməsi, əsas tövsiyələrin əlaqələndirilməsi məqsədilə keçirilir.

 

Yekun toplantıda 9 Şərqi Avropa və Mərkəzi Asiya ölkəsinin nümayəndələri tədqiqat nəticələrini bölüşüblər.

 

Qeyd edək ki, 2020-ci ildə ÜST-nin Avropa və Rusiya Federasiyası üzrə Regional Ofisi 9 Şərqi Avropa və Mərkəzi Asiya ölkəsində (Şərqi Avropa və Mərkəzi Asiyada məktəb təbabəti şəbəkəsinin inkişaf etdirilməsi üzrə Rusiya-ÜST layihəsinin bir hissəsi kimi) milli məktəb sağlamlıq sistemlərinin qiymətləndirilməsi üçün araşdırmaya başladı. Tədqiqatın məqsədi ölkələrə mövcud milli tənzimləyici çərçivələrin qiymətləndirilməsində, eləcə də onların keyfiyyətinin yaxşılaşdırılması üçün məktəblərdə səhiyyə xidmətlərinin göstərilməsinə dəstək olmaqdır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub