Təcili yardım xidmətləri: Türkiyə təcrübəsi Azərbaycana necə faydalı ola bilər?
19.11.2021 13:02
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Təcili yardım xidmətləri: Türkiyə təcrübəsi Azərbaycana necə faydalı ola bilər?” mövzusunda mini-simpozium keçirib.
Aztibb.az xəbər verir ki, bu simpozium qısa, orta və uzunmüddətli perspektivdə birgə görüləcək işlərə dair texniki fikir mübadiləsinə dəstək olmaq və xəstəxana direktorlarını Türkiyənin təcrübələri barədə məlumatlandırmaq məqsədi daşıyıb.
Tədbirdə ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı, Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Səbinə Əhmədova, TƏBİB-in Tibbi xidmətlər departamentinin rəhbəri Firəngiz Əliyeva, o cümlədən sözügedən qurumların müvafiq nümayəndələri iştirak edib və təcili tibbi yardımın təkmilləşdirilməsində dövlətlərarası əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, Türkiyə Respublikası Səhiyyə Nazirliyi və universitetlərindən dəvət olunan nümayəndə heyəti Səhiyyə Nazirliyi, TƏBİB, Azərbaycan Tibb Universiteti (ATU) ilə sözügedən sahədə işbirliyinə başlayıb. Onlar ATU-nun təcili yardım şöbələrində, Kliniki Tibbi Mərkəzin təmir olunan Təcili Yardım şöbəsində və 103 Təcili Tibbi Yardım stansiyasında səfər ediblər. Hazırda Sumqayıt xəstəxanalarında işlərini davam etdirirlər.
ÜST-ün Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə ekspertlərlə bu sahələr üzərində iş aparılacaq: xəstəxanalarda xəstəxanaya qədər və təcili tibbi yardım xidmətlərinin keyfiyyətinin artırılması, təcili tibbi yardım xidmətləri göstərən işçi qüvvəsinin potensialının gücləndirilməsi üçün yeni proqramların yaradılması, xəstəxanalarda infeksiyaların qarşısının alınması və nəzarət edilməsi.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

